yüklənir...


Haqqımızda

İş saatlarımız:
Be-Ş: 9:00 - 20:00
Ünvanımız:
Bakı, Azərbaycan, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 125
Bİzİmlə əlaqə:
(+99412) 4650678/79
(+99455) 204 94 22

"Pooltech" MMC hovuz, fəvvarə və su təmizləmə sisteminə dair materialların və avadanlıqların satışı ilə məşğuldur.

Şirkətimiz Türkiyənin hovuz üçün boru və fitinqlərinin lider istehsalçısı “PİMTAŞ” firması ilə, hovuz sisteminin filter ve nasosları İspaniyanın lideri “ASTRAL” firması ilə, Türkiyənin “ATLAS POOL” firması ilə rəsmi əməkdaşlıq edir. Hovuz filterləri üçün istifadə olunan kuvars qum İSO sertifikatı almış “GÜDÜCÜLƏR” firmasının rəsmi distributorudur. Bundan əlavə Türkiyə, Amerika və İspaniya istehsalı olan hovuz aksesuarlarının idxalçısıdır.

Azərbaycanda fəalliyyət göstərən hovuz mallarının satışını təşkil edən mağazalara və ölkə daxilində fəalliyyət göstərən hotel və üzgüçülük hovuzların təmizlənməsi üçün kimyasalların topdan satışını təşkil etməkdəyik.

Hovuz kimyasalları olaraq Şirkətimiz Dünyanın lider xlor ixracatçılarından "90% qranul xlor”, “90% 200 qr tablet xlor”, “56% qranul xlor”, Almaniya istehsalı olan hovuz suyunun PH səviyyəsini normallaşdırmaq üçün “PH DÜŞÜRÜCÜ”, Türkiyənin hovuz kimyasalının satışında öndə olan firmasından “ÇÖKTÜRÜCÜ”, “PARLATICI” və “YOSUN ÖNLƏYİCİ” maddələrininn rəsmi idxalçısıyıq. Dərman satışında Şirkətimiz həm qiymət siyasətində həmçinin keyfiyyət göstəricisində çox uğurlu fəaliyyət göstərir. Hovuzlarda aparılan sınaqların yüksək nəticə göstərməsi və əməkdaşlıq etdiyimiz hovuz mallarınin satışında məşğul olan mağazaların bizim dərmanlara etimad göstərməsi Azərbaycan bazarında mallarımızın keyfiyyət göstəricisinin nümunəvi olmasıdır.

“Pooltech” MMC hovuza aid bütün malların topdan satışını təşkil etdiyindən müştərilərimizə ən münasib qiymətə servis təklif edir.